Sekslə az məşğul ol, qrupa düş!
04.08.2009 - 15:34
Sekslə az məşğul ol, qrupa düş!
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi Bolqarıstanın “Levski” komandası bu turnirə böyük önəm verir. Apasport.az saytının məlumatına görə, sofiyalılar hələ ötən mövsümün gedişindən qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə hazırlaşır.

Belə ki, “Levski”nin sahibi Todor Batkov həmin vaxt futbolçularla görüşdə Çempionlar Liqasının qrup mərhələsinə düşmək vəzifəsi qoyub. Sözügedən yığıncaqda sabiq baş məşqçi Emil Velevə tapşırıqlar verən sahibkar çempionluq, kubok və ardından Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün maraqlı tələb qoyub: “Minimum seks, maksimum konsentrasiya”.

Batkovun göstərişlərinə əməl edən “Levski” ölkə çempionluğunu qazansa da, Bolqarıstan kubokunu əldən verib. İndi seks məhdudiyyətində olan sofiyalılar üçüncü tapşırığa əməl etməyə çalışırlar. Bunun üçün onlar həm “Bakı”, həm də növbəti mərhələdəki rəqibi sıradan çıxarmalıdır. Qoyulan məhdudiyyətin komandanın lehinə işləyib-işləməyəcəyini isə “Bakı” ilə oyun göstərə bilər.
0