İslandiya - Türkiyə matçının hakimləri müəyyənləşib
11.10.2024 - 17:33
İslandiya - Türkiyə matçının hakimləri müəyyənləşib

Futbol üzrə Türkiyə millisi oktyabrın 14-də UEFA Millətlər Liqasında İslandiya ilə səfər matçına çıxacaq.

Apasport.az xəbər verir ki, matçı Polşa Futbol Federasiyasından Damian Silvestrzak idarə edəcək.

Silvestrzakın köməkçiləri eyni ölkədən Pavel Sokolnicki və Bartoş Kaszynski olacaq. Marçin Koçanek isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtilə saat 22:45-də start götürəcək. 

 

0