Anatoli Bışovets yenə də Azərbaycan futboluna sataşdı
16.09.2009 - 10:36
Anatoli Bışovets yenə də Azərbaycan futboluna sataşdı
“Prinsipcə, bizim qrupda heç bir gözlənilməzlik yoxdur. Orada 2 aşkar zəif komanda var ki, bunlar Azərbaycan və Lixtenşteyndir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya yığmasının sabiq baş məşqçisi Anatoli Bışovets deyib.

Azərbaycan futbolu, əsasən də “Neftçi” klubunun SSRİ çempionatında çıxışı haqda bir neçə dəfə xoşagəlməz fikirlər bildirən təcrübəli mütəxəssis bu dəfə yığmamızdan söhbət açıb. Bışovetsin sözlərinə görə, qrupumuzda son 2 pilləni Lixtenşteynlə Azərbaycanın tutması qanunauyğunluqdur: “Qrupumuzdakı digər rəqiblərdən Uels və Finlandiya orta səviyyədən aşağıdır. Rusiya və Almaniya isə bilavasitə Cənubi Afrika Respublikasına düşmək uğrunda mübarizə aparmalıdır. Moskvada almanları yenəcəyimizə əsasımız var. Birincisi, öz meydanımızda oynayırıq. İkincisi, yığmamızın baş məşqçisi Qus Hiddinkin yetirmələrini bu görüşə əla hazırlamaq üçün bütün imkanları var. Üçüncüsü də Almaniya yığması əvvəlki komanda deyil. Bu yığmanı çatışmazlığı olmayan komanda adlandırmaq olmaz. Yəqin ki, almanlar nəsil dəyişməsi dövrünü keçirlər”.
0