Türkiyə futbolunda qalmaqal: “Ankaraspor” Superliqadan qovuldu
16.09.2009 - 11:01
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi (PFDK) “Ankaraspor” klubunu Superliqadan kənarlaşdırıb.
Lent.az-ın məlumatına görə, “Ankaraspor”la eyni liqada mübarizə aparan “Ankaragücü” arasındakı əlaqələrin idman rəqabətini, oyunların və çempionatın təmiz mübarizə şəraitində keçməsini əngəlləyəcəyindən, ictimaiyyətdə çempionatla bağlı mənfi fikirlərin formalaşmasından ehtiyatlanıb.
Öncə “Ankaraspor”un “Ankaragücü” ilə birləşmək istəyinin nizamnaməyə zidd olduğunu açıqlayan TFF bu dəfə sərt cəza tədbirinə əl atmaq qərarına gəlib. “Ankaraspor”u aşağı liqaya göndərməklə kifayətlənməyən PFDK Ankaranı təmsil edən hər iki klubun prezidentləri – Ruhi Kurnaz (“Ankaraspor”) və Ahmet Gökçeki (“Ankaragücü”) 6 ay müddətinə futboldan kənarlaşdırıb. “Ankaragücü” klubunun daha 15 rəsmisi isə 3 aylıq diskvalifikasiya edilib.
Qərardan narazı qalan “Ankaraspor” və klub rəsmiləri TFF-in Apellyasiya Komitəsinə şikayət edəcəklər. Onların şikayəti təmin edilməsə qərar qüvvəyə minəcək. Bu halda “Ankaraspor” futbolçularına özlərinə yeni komanda tapmaları üçün 15 günlük transfer möhləti veriləcək. Klubun Superliqanın ilk 4 turundakı nəticələri ləğv ediləcək, 5-ci turdan etibarən oynaması nəzərdə tutulan komandalara isə texniki qələbə veriləcək.

0
0