Avroliqanın oyunlarını 5 hakim idarə edəcək
16.09.2009 - 11:57
Sentyabrın 17-si dünya futbol tarixində əlamətdar gün olacaq. Apasport.az saytının məlumatına görə, futbol tarixində ən radikal qərarlardan biri olan beş hakim sabah startı veriləcək Avroliqanın qrup mərhələsi oyunlarında tətbiq ediləcək.
Qrup mərhələsinin 24 görüşünün hər birində meydana beş nəfərdən ibarət hakimlər briqadası çıxacaq. Baş hakimin köməkçilərindən ikisi ənənəvi olaraq yan xətdə dayanacaq. İki hakim isə qapı arxasında dayanacaq. Bu əlavə hakimlərin əsas vəzifəsi cərimə meydanında mübahisəli vəziyyətləri ayırd etməkdir. Avroliqada meydana çıxacaq beş hakimin hamısı eyni ölkəni təmsil edəcək. Meydandan kənarda olan ehtiyat hakimi də nəzərə alsaq, briqada altı ədalət təmsilçisindən ibarət olacaq.
Qeyd edək ki, əlavə iki hakimin meydanda olması ilə bağlı təşəbbüs UEFA prezidenti Mişel Platiniyə məxsus olub.

0
0