“Hamıya sübut etməliyik ki, Gəncədə futbol var”
16.09.2009 - 12:36
“Gəncə” klubunun sabiq baş məşqçisi, hazırda Gəncə Regional Futbol Federasiyasının vitse-prezidenti postunda çalışan Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Artıq böyük futbol Gəncəyə qayıtdı. Siz Gəncə futbolunda xüsusi çəkiyə malik şəxslərdən birisiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Biz bunu çoxdan gözləyirdik. İnanıram ki, tək gəncəlilər deyil, bütün Azərbaycan gözləyirdi ki, ölkənin ikinci böyük şəhərinin futbol komandası olsun. Çünki Gəncə Azərbaycan futbolunun beşiyi hesab olunur. Çünki SSRİ-nin son vaxtlarına qədər Gəncədə futbol olub. Gəncənin “Neftçi”yə nə qədər oyunçu verdiyini hamı bilir. Bir sözlə, Gəncə həmişə futbol şəhəri olub. Burada uşaqdan tutmuş böyüyə kimi hamı futbolu sevir. Çox sevindirici haldır ki, böyük futbol yenidən Gəncəyə qayıtdı. Bu işdə əməyi olan hər kəsə, başda AFFA-nın prezidenti Rövnəq Abdullayevə böyük minnətdarlığımızı bildiririk.
- Necə düşünürsünüz, “Gəncə”ni növbəti mövsüm Premyer Liqada görə biləcəyikmi?
- Hamının istəyi budur ki, Gəncə Premyer Liqada mübarizə aparsın. Bunun üçün ciddi işlər görülür. Mübariz heyət formalaşdırılıb.
- AFFA Gəncə futbolunu bərpa etmək üçün müxtəlif layihələr həyata keçirdi. Sizcə, bunun Gəncə futboluna nə kimi müsbət xeyri oldu?
- Bu işdə əsas pay sahibi Rövnəq Abdullayevdir. Gəncədə futbol olmayanda onun tapşırığı ilə assosiasiyanın baş katibi Elxan Məmmədov bu istiqamətdə ciddi işlər gördü. Mütəmadi olaraq Gəncədə görüşlər təşkil edərək, futbolun bərpa olunmasına çalışırdılar. Sevindirici haldır ki, artıq o vaxt atılan addımlar öz bəhrəsini verir. Bu gün Gəncədə futbolun olmasında onların böyük əməyi var. Əgər onlar bu təklifi irəli sürməsəydilər və mütəmadi görüşlər təşkil etməsəydilər hesab edirəm ki, bu gün Gəncə futbolu haqda söhbət edə bilməzdik. İnanıram ki, ölkə prezidentinin də dəstəyi ilə Gəncədə gözəl, standartlara cavab verən stadionlar inşa olunacaq. İndi əsas vəzifəmiz Gəncə futbolunun əvvəlki nüfuzunu geri qaytarıb, avrokuboklarda ölkəmizi layiqincə təmsil etməkdir.
- Federasiya rəsmilərinin Gəncədə müxtəlif görüşlər keçirdiyini vurğuladınız. Belə görüşlərdən biri də yerli veteranlarla oldu. Həmin görüşdə Gəncə futbolunun problemlərini müzakirə olundu, həlli yolu axtarıldı...
- Düzdür, bu işdə Gəncə Regional Futbol Federasiyasının da müəyyən rolu var. Federasiyanın sədri Xanlar müəllim bu istiqamətdə ciddi işlər görür. Hamıya sübut etməliyik ki, Gəncədə futbol var, olub, olacaq da.
- Ümumiyyətlə, AFFA-nın Gəncə futbolunun inkişafı üçün gördüyü işləri necə qiymətləndirirsiniz?
- Əlbəttə, belə bir təşəbbüsü ancaq alqışlamaq lazımdır. Federasiyanın ölkə futbolunun, həmçinin Gəncədə bu idman növünün bərpası üçün gördüyü işlər göz qabağındadır. Bu işdə bütün yükü federasiyanın üzərinə atmaq düzgün olmazdı. Hamımız əl-ələ verib ölkə futbolunun inkişafı üçün çalışmalıyıq. Hazırda “Gəncə”nin peşəkar klub kimi inkişaf etməsinə çalışmaq lazımdır. Hələlik birinci divizionda mübarizə aparırıq. İnanıram ki, komanda Premyer Liqaya vəsiqə qazananda hər şey yüksək səviyyədə olacaq.
- Ötən il Gəncədə keçirilən “Top festivalı” şəhərdə futbola marağı artırdımı?
- Bu tədbir uşaqların böyük sevincinə səbəb olmuşdu. Yerli uşaqlar öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsət əldə etmişdilər. Uşaqların çoxunda böyük həvəs var idi. “Top festivalı”ndan başqa respublika səviyyəsində uşaqlar arasında yarışlar keçirmək lazımdır. İnanıram ki, bu uşaqlarda futbola olan marağı daha da artıracaq. Yəni tək şəhər birincilikləri ilə kifayətlənmək lazım deyil. Son vaxtlar AFFA-nın gördüyü işlər sübut edir ki, uşaq futbolu tədricən bərpa olunur. Federasiya da əllərindən gələni edirlər ki, regionlarda futbol inkişaf etsin.
- Hazırda “Gəncə”yə bir vaxtlar sizin köməkçiniz işləmiş Fuad İsmayılov rəhbərlik edir. Onun rəhbərliyi altında komanda qarşıya qoyulan məqsədə nail ola biləcəkmi?
- Niyə çatmır ki? Fuad İsmayılovla uzun müddət birgə işləmişik. Onun gücü hamıya bəllidir. Həm mənimlə, həm də rəhmətlik Ruslan Abdullayev və Rəşid Özbəyovla birlikdə çalışıb. Mən ona inanıram. Əgər komandanı Premyer Liqaya çıxara bilməsə, o zaman müəyyən suallar ortaya çıxa bilər. Hazırda komanda pis nəticə göstərmir. Yüz faizlik nəticə ilə irəliləyir.
- Yəqin ki, “Gəncə”nin sonuncu oyununu izləmisiniz. Komandanın fəaliyyətini bərpa etməsi yerli azarkeşlər tərəfindən necə qarşılandı?
- Hamının sevincinin həddi-hüdudu yox idi. Gəncədə nə vaxt futbol olubsa, həmin gün şəhərdə bayram ab-havası hökm sürür. “Gəncə”nin fəaliyyətini bərpa edib, davam etdirməsi yerli azarkeşlər tərəfindən yüksək qarşılandı. İnanırıq ki, bununla da Gəncə futbolu əvvəlki nüfuzunu geri qaytaracaq.

0
0