“Turan” uduzdu, “Xəzər-Lənkəran” – “Bakı” oyunu baş tutmadı
16.09.2009 - 18:15
Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış 2 oyun keçirilməli idi. Apasport.az saytının məlumatına görə, Tovuzda “Turan” – “Qarabağ” matçı baş tutsa da, digər görüş baş tutmayıb.
Belə ki, Lənkərana güclü yağış yağdığından “Xəzər-Lənkəran”la “Bakı” görüşü yenidən təxirə salınıb. Tovuzdakı oyuna gəlincə, hesabı meydan sahibləri açsalar da, sonda 3 xal itirblər. İlk yarıda Yevgeni Saykonun qoluna sevinən qərb təmsilçisi növbəti 45 dəqiqədə öz qapısının toxunulmazlığını qoruya bilməyib.
İkinci hissədə meydana çıxan Vaqif Cavadov 49-cu dəqiqədə bərabərlik topunu vurub. Bundan 14 dəqiqə sonra isə Elvin Məmmədov “Qarabağ”a qələbə qazandıran qolun müəllifi olub.
16 sentyabr
17:20. “Turan” – “Qarabağ” - 1:2
QOLLAR: Yevgeni Sayko, 11 - Vaqif Cavadov, 49; Elvin Məmmədov, 63
Tovuz. Şəhər stadionu. Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Azad Q.Hüseynov, Munis Abdullayev, Azad Mütəllimov
Oyunu 7 minədək azarkeş izləyir. Əsasən meydan sahiblərinin üstünlüyü şəraitində keçən qarşılaşmada hesab 11-ci dəqiqə açılıb. “Turan”ın legioneri Yevgeni Sayko baş zərbəsi ilə komandasını irəli çıxarıb.
49-cu dəqiqədə hücuma atılan Ayxan Abbasovun ötürməsindən sonra Vaqif Cavadov dəqiq zərbə ilə tarazlığı bərpa edir.
18:00. “Хəzər-Lənkəran” – “Bakı” - 0:0
Lənkəran. Mərkəzi stadion. Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Azər Məmmədov, Əfqan Həmzəyev
Yağış yağdığından Lənkəran şəhər stadionun ot örtüyü pis vəziyyətə düşüb. Bu səbəbdən görüş 8-ci dəqiqədən sonra dayandırılıb. Matçın komissarı ilə məsləhətləşmədən sonra görüş davam etdirilib
Oyun yenidən dayandırılıb. Matçın davam edib-etməyəcəyi 15 dəqiqədən sonra dəqiqləşəcək
Son məsləhətləşmələrdən sonra görüş 11-ci dəqiqədə təxirə salındı.
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 3.
Növbəti turun oyunları sentyabrın 18-20-də keçiriləcək.
19 sentyabr
“Turan” – “İnter”
“Qəbələ” - “Xəzər-Lənkəran”
“Standard” - “Neftçi”
20 sentyabr
“Olimpik-Şüvəlan” - “Bakı”
“Muğan” - “Karvan”
“Simurq” - “Qarabağ”

N | Komandalar | O | Q | H | M | T | X |
1 | “Muğan” | 3 | 2 | 1 | 0 | 3-0 | 7 |
2 | "Qarabağ" | 2 | 2 | 0 | 0 | 3-1 | 6 |
3 | "Neftçi" | 3 | 2 | 0 | 1 | 3-2 | 6 |
4 | "Xəzər-Lənkəran" | 2 | 1 | 1 | 0 | 2-1 | 3 |
5 | "Olimpik-Şüvəlan" | 3 | 1 | 1 | 1 | 5-5 | 3 |
6 | "İnter" | 3 | 1 | 1 | 1 | 3-3 | 3 |
7 | "Simurq" | 3 | 1 | 1 | 1 | 3-3 | 3 |
8 | “Karvan” | 3 | 1 | 0 | 2 | 6-5 | 3 |
9 | "Qəbələ" | 2 | 1 | 0 | 1 | 3-5 | 3 |
10 | "Turan" | 3 | 0 | 1 | 2 | 2-5 | 1 |
11 | "Bakı" | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
12 | "Standard" | 2 | 0 | 0 | 2 | 0-2 | 0 |

0
0