Məhkumların final oyunu - FOTOSESSİYA
16.09.2009 - 13:11
Ədliyyə Nazirliyinin Pentensiar Xidməti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə hazırladığı tədbirlər planına uyğun olaraq məhkumlar arasında təşkil olunan mini-futbol turnirinin final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, 12 cəzaçəkmə müəssisəsində baş tutan turnirlər nəticəsində finala vəsiqə qazanan iki komanda bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən həlledici qarşılaşmada üz-üzə gəlib.
Qeyd edək ki, finala vəsiqə qazanmaq üçün cəzaçəkmə müəssisələrinin komandaları bir-biri ilə görüşməyib. Bütün cəzaçəkmə müəssisələrindəki daxili yarışları izləyən münsiflər heyəti ən yaxşı oyun göstərən iki kollektivi seçib. Seçim edən mütəxəssislər qrupunda isə hər iki təşkilatçının nümayəndələri yer alıb. Münsiflər 6 və 15 saylı cəzaçəkmə müəssisələrini finala layiq. Onların hər biri şərti ad altında çıxış edib. Öz meydanında oynayan 6 saylı Cəzaçəkmə Müəssisəsi “Şəfa”, 15 saylı Cəzaçəkmə Müəssisəsi isə “Kəpəz” adı altında meydana çıxıb. Matçda topa ilk zərbəni veteran futbolçu İsgəndər Cavadov vurub. Onunla yanaşı digər veteran futbolçular - Səmədağa Şıxlarov, Musa Qurbanov, İqar Hüseynov, Mirbağır İsayev, Asim Xudiyev və başqaları da tamaşaçılar arasında olub. Meydan sahibləri artıq ilk yarıda 3 qol vurmaqla böyük üstünlük qazanıb. Hamı hər şeyin həll olunduğunu düşünsə də, qonaqlar ruhdan düşməyib. Fasilədən sonra 15 saylı Cəzaçəkmə Müəssisəsi 2 qol vurub fərqi minimuma endiriblər. Matçdan sonra qaliblərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, mini-futbol turnirlərinə bu ilin iyulunda startı verilib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0