“Belə oyunlar Avropada da az olur”
16.09.2009 - 14:26
“Belə oyunlar Avropada da az olur”
“Cəzaçəkmə Müəssisələrində idman tədbirləri ənənə halını alıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin rəis müavini Hüseyn Əlixanov deyib.

Cəzaçəkmə müəssisələrində keçirilən futbol turnirinin final matçından əvvəl jurnalistlərin suallarına cavab verən Əlixanov tədbirlə bağlı fikirlərini bildirib: “Məhkumlar üçün kompüter otağı, dil kursları təşkil olunub. İndi isə futbol turnirinin həlledici görüşü keçirilir. Bu cəzaçəkmə müəssisləri arasında keçirilən ilk belə oyundur. Əvvəllər yalnız daxili yarışlar keçirilirdi. Tədbirdə məqsəd Avropa standartlarına uyğun şəraitin yaradılması, məhkumların özünü beynəlxalq miqyasda olduğu kimi hiss etməsidir. Cəzaçəkmə müəssisəsindəki həyat tərzi ilə azadlıqdakılar arasında fərqin azaldılmasına çalışırıq. Qeyd edim ki, belə oyunlar Avropada da nadir hallarda keçirilir. Orada da əsasən daxili yarışlar olur. İki müəssisənin bir-biri ilə qarşılaşmasına isə çox az təsadüf olunur. Bu oyuna futbol veteranları, keçmişdə tanınmış oyunçuları dəvət etmişik”.
0