Həbsdə olan futbolçu: Bura gəldiyim gündən...
16.09.2009 - 14:49
Bu gün Cəzaçəkmə Müəssisələri arasında keçirilən mini-futbol turnirinin finalında baş tutan “Şəfa” - “Kəpəz” matçının ilk dəqiqələri təəccüb doğuracaq məqamla yadda qalıb. Apasport.az saytının məlumatına görə, Mehman Alışanov kimi sabiq futbolçusu, İlham Həmidov kimi idmançıları olan “Kəpəz”in kapitan sarğısı onlara deyil, başqa məhbusa tapşırılmışdı. Lakin komandanı meydana çıxaran “6” nömrəli futbolçu da onlardan zəif olmadığını göstərirdi. Bu arada oyunu izləyən futbol veteranları arasında yer alan Musa Qurbanov onu tanıdı: “Kapitan Elşaddır da. Mənimlə “Kəpəz”də oynayıb. 1987-ci ildə komandamıza gəldi. 17 yaşı olardı”.
Matçın fasiləsinədək “Kəpəz”in qapısına 3 qol vuran komandanın kapitanı ilə elə fasilə zamanı danışmağa cəhd etdik. Sabiq “Kəpəz”li Elşad Ələkbərovla söhbət baş hakimin ikinci hissəni başlamaq fitinədək davam etdi: “Futbolçu karyeramı bitirəndə 1994, ya da 1995-ci il idi. O vaxtkı Ordu İdman Klubunda (OİK) oynayırdım. Karyeramın ən yaxşı illəri isə “Kəpəz”lə bağlıdır. Başıma bir işdir gəldi, 6 il verdilər. Bunun da 2 il 2 ayı arxada qalıb. 1 il 5 aydır ki, 6 saylı cəzaçəkmə müəssisəsindəyəm. Bura gəldiyim gündən futbol oynayıram. Daxili yarış keçirirdik. “Əhlilər” arasında. Yəni, hər rayonun, şəhərin öz komandası var idi. Birinci yeri “Gəncə” tutdu. Komandamız “Möminlər” adlanırdı. komandasını təmsil edirdik. 8 komandanın mübarizə apardığı yarışda 6 oyun keçirdik”.
Qeyd edək ki, Ələkbərov 1970-ci il təvəllüdlüdür. 1987-ci ildə “Kəpəz”də özünü yaxşı tərəfdən göstərən yarımmüdafiəçi “İkinci Asif Əliyev” ləqəbini qazanıb və “Neftçi”yə keçib. SSRİ çempionatının güclülər dəstəsində oynayan flaqmanın düşərgəsində möhkəmlənə bilməyən Elşad yenidən “Kəpəz”ə qayıdıb. 1989-90-cı illərdə SSRİ çempionatının ikinci dəstəsində 11 oyun keçirib.

0
0