“Bakı” “Barselona” və “Real”a futbolçu göndərir
16.09.2009 - 15:05
“Bakı” komandasının futbolçuları İspaniyanın nəhəng “Real” və “Barselona” klublarının düşərgəsinə yollanacaq. Bu barədə apasport.az saytına paytaxt təmsilçisinin vitse-prezidenti Tunc Afşar məlumat verib. Bu klublarla əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən Afşarın sözlərinə görə, gənc, perspektiv futbolçularının “Real” və “Barselona”nın hazırlığında iştirak etməsi realdır: “Real” rəhbərliyində yer alan əfsanəvi futbolçu Emilyo Butragenyo və “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşmüşəm. Onların Azərbaycan futbolu haqda çox az bilgiləri var. Onlara Azərbaycan futbolu, “Bakı” haqda ətraflı məlumat verdim. Başa saldım ki, burada futbol inkişaf edir və siz də buna öz töhfənizi verə bilərsiniz”.
Afşar bildirib ki, Belçikanın “Anderlext” klubu kimi, “Real” və “Barselona” ilə də qarşılıqlı əməkdaşlıq etməkdə maraqlıdırlar: “Yaxın vaxtlarda əməkdaşlığı müzakirə edib, münasibətlərimizi rəsmiləşdirməyimiz nəzərdə tutulub. Yəni, “Anderlext” kimi, “Real” və “Barselona” ilə də əməkdaşlıq müqaviləsi imzalayıb, gənc futbolçularımızı bu klubların düşərgəsinə göndərməyimiz mümkündür. Necə ki, qapıçımız Aqil Məmmədovla yarımmüdafiəçi Bəxtiyar Soltanov Brüssel təmsilçisində təcrübə keçdilər. İsveçrədə tanınmış alman futbolçu Karl-Haynz Rumenigge ilə görüşsəm də, bu, “Bavariya” ilə əməkdaşlıqla bağlı deyildi. Məlum olduğu kimi, o, Azərbaycanda yalnız “Bakı”nın təmsil olunduğu Avropa Klublar Birliyinin prezidentidir. Azərbaycanda heç vaxt olmadığı deyən Rumeniggeni qonaq dəvət edim. O, Azərbaycan futbolu haqda yalnız Berti Foqtsun burada çalışdığını bilir”.
Qeyd edək ki, Avropa Klublar Birliyinin son toplantısı İsveçrənin Cenevrə şəhərində keçirilib.

0
0