Filipo İnzaqi rekordçu oldu
16.09.2009 - 16:08
İtaliyanın “Milan” klubunun futbolçusu Filippo İnzaqi avrokuboklar tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının Fransa “Marsel”i ilə oyununda dubla imza atan 36 yaşlı hücumçu qitə miqyaslı turnirlərdə vurduğu qolların sayını 70-ə çatdırıb.
Bu, İnzaqinin əfsanəvi alman Herd Müllerə məxsus rekordu təkrarlamasına kifayət edib. Karyerasını çoxdan bitirən almaniyalı hücumçu da avrokuboklar tarixində 70 qolun müəllifidir. Filippo artıq turnirin 2-ci turunda Mülleri arxada qoyub şəriksiz rekordçu ola bilər. Sentyabrın 30-da keçiriləcək qarşılaşmanı öz meydanında keçirən “Milan”ın rəqibi də İnzaqi üçün münasib komandadır.
Belə ki, o İsveçrə “Sürix”inə cəmi 1 qol vurmaqla indiki rekordu yeniləyə bilər.

0
0