“Həyatda mənim üçün əziz olan bir insanı itirmişəm”
16.09.2009 - 23:04
Azərbaycan milli komandasının və Yevlaxın “Karvan” klubunun sabiq futbolçusu Kamal Quliyevin apaspor.az saytına müsahibəsi
- Artıq “transfer pəncərəsi” bağlanıb və siz heç bir komandanın heyətində yer almamısınız. Doğrudanmı, Kamal Quliyev hazırda heç bir kluba lazım deyil?
- Nə bilim, vallah... Belə deyərdim, sağ olsunlar qoyduqları hörmətə görə. Cari çempionatın gedişi ilə maraqlanır, arxada qalan oyunları izləyirəm. Vallah, bu çempionatda oynamaq çox asandır və bunun öhdəsindən gəlmək olardı. Sadəcə, istər yerli, həm də əcnəbi məşqçilər məni sərəncamlarında görmək istəmədi. Bunu tam şəkildə açıq deyə bilərəm ki, indi hər bir klubu elə bil özəlləşdiriblər. Qabaqkı dövr getdi. Açıq deyirəm, bura gələn məşqçilər özlərinə hörmət edirlərsə, onun-bunun dediyi ilə oturub durmamalıdırlar. Məşqçi öz fikri, ideyası, planı ilə işləməlidir. Əgər məşqçi kiminsə dediyi ilə oturub-durursa, mən onu məşqçi saymıram... Bu vəziyyətə düşməyimi gözləməzdim. Gözləməzdim ki, mən nə vaxtsa kiməsə lazım olmaya bilərəm.
- Hansısa kluba keçmək üçün 3 ay vaxtınız var idi. Bu müddətdə heç variantlar olmadı?
- Birincisi, mən Kamal Quliyevəm, heç kimə ağız açmadım. Dünənədək haradasa 4-5 klub mənim uğrumda mübarizə aparırdı. Bəzi futbolçular kimi, gedib kiminsə qapısının qarşısında yatmağı özümə sığışdırmadım. Sonradan 1-2 nəfərin xahişi ilə danışdıq. Ancaq artıq gec idi, komandalar heyətlərini komplektləşdirmişdi. Gec olduğu üçün bu vəziyyətdə qaldım.
- “Karvan”dan ayrıldıqdan sonra “Standard”a qayıdacağınız gündəmdə idi...
- “Standard”a getdim, 3 gün orada məşq etdim. Bunu gizlətmirəm. Mən bu 3 gündə 1 ay hazırlıq keçən futbolçulardan qat-qat güclü oynadım. Məşqimi də güclü edirdim. Ancaq ordan da nəsə müsbət cavab gəlmədi.
- Həmin vaxt litvalı mütəxəssis Valdas İvanauskas “Standard”ın baş məşqçi postuna gəlmişdi?
- Bəli. İvanauskas tanınmış, güclü futbolçu olub. Yəqin ki, çox şey ondan asılı olmadı. Öz işləridir, özləri bilər.
- “Standard” cari mövsümdən Sumqayıtı təmsil edir. Yəqin ki, sizin üçün doğma şəhərin komandasında çıxış etmək yaxşı olardı...
- Əlbəttə. Onlara həm futbolçu, həm də meydanda bir ağsaqqal kimi kömək edərdim. Nə bilim, belə məsləhət oldu. Yəqin ki, İvanauskas məsləhət görmədi. Allah işlərini, bütün futbolçuların işini avand etsin. Bütün komandalara da uğurlar arzulayıram.
- “Karvan” mövsümlərarası fasilədə əsasən keçmiş futbolçularını komandaya qaytardı. Hansılar ki, həmin oyunçularla birgə çıxış etmisiniz. “Karvan”dan ötən mövsümün sonuna yaxın qalmaqalla ayrılığınız üçün geri qaytarılacağınızı real saymırdınız?
- Yox. baş məşqçi Yunis Hüseynovla söhbətim də olmuşdu. O, qayıtmağımı istəsə də, buna razı olmadım. Digərləri özləri bilərlər. Mən bu komandada heç bir perspektiv görmürəm. “Karvan” keçən mövsümdə olduğu kimi yaşayacaq. Mən bircə kəlmə dedim ki, bu komandaya qayıtmayacağam, vəssalam. Sözümü geri götürə bilməzdim. Qışda klublarımızdan birinə keçməyə çalışacağam. Əgər cəhdim alınmasa, deməli, bu, taleyim, qismətimdir. Bilirsiniz, mən bununla nə vaxt barışdım? Ürəyimdə problem yarananda. Bu, ən yaxşı formada olduğum vaxtda başıma gəldi. Hərçənd milyonda bir futbolçunun başına gəlir. Bu da qismət idi. Ancaq buna baxmayaraq, yenə mübarizə apardım, oynadım və sübut etdim ki, çıxış edə bilirəm. Gördüyünüz kimi, ağır oyunların iştirakçısı olmuşam. Ötən mövsüm “Karvan”ın heyətində “Bakı”nı səfərdə 3:0 hesabı ilə məğlub etdiyimiz görüşdə oynamışam. Yaxud “Standard”da “Xəzər-Lənkəran”, “Neftçi” ilə oyunları qeyd edə bilərəm. Yüngül qarşılaşmalarda, misal üçün MOİK və “Bakılı”ya qarşı oynamağa nə var ki? Qışda özümə klub tapmağa çalışacağam. Düzdür, indi bir az başım qarışıqdır, məşq edirdim. Həyatda mənim üçün əziz olan bir insanı itirmişəm.
- Kimi?
- Əmimi. Buna görə hazırlıqdan uzaq qalmışam. Amma buna qədər məşqlərimdən qalmırdım.
- Növbəti “transfer pəncərəsi” açılanadək nə etmək fikrindəsiniz?
- Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda yüngül atletika müəllimi var. Məşqləri onunla etməyi və bir də hər gün futbol oynamağı planlaşdırıram. Əsas əzələlərimin “yatmamağıdır” ki, bununla həmin yüngül atletika müəllimi məşğul olur. Onun məşqləri ilə fiziki baxımdan formada qalmağa çalışacağam. Özümə klub tapmağım qışda da alınmazsa, bununla barışmaq lazımdır.
- Futbolçu karyeranızı bitirməklə bağlı, yoxsa?
- Karyeramı bitirməkdən söhbət getmir. Bilirsiniz, yaşım az da olsa, hər halda, yaxşı planlarım var. Yəqin ki, bununla bağlı federasiyada lazım olan insanlarla görüşəcəyəm. Futbola aid olan bu planları irəli sürəcəyəm. İstəyərlərsə, bu plan üzrə işləyə bilərik.
- Bu planlar nədən ibarətdir?
- Uşaq futboluna aiddir. Uşaq futbol məktəbləri yaratmaq, onların təhsil alması və s... Çirkin işlərə, pul söhbətlərinə qarışmaram. Ömrü boyu belə şeylərdən kənarda qalmışam. Buna getməmişəm, razılıq da verməmişəm. Özləri bu haqda danışarlar. İstərdim ki, Azərbaycanda səviyyəli futbolçular oynasınlar. Qıraqdan baxan desin ki, bərəkallah. Mən hələ son sözümü deməmişəm. Yəqin ki, bunu karyeramı bitirəndə bizim məşqçilərə deyəcəyəm. Təbii ki, bu, hamısına aid deyil.
- Çempionatın asan keçdiyini desəniz də, bunun əksi gözlənilir. Hər halda, ilk turlar belə deyir, lider heç kimin gözləmədiyi “Muğan” klubudur. Premyer Liqada mübarizənin gərgin, maraqlı keçəcəyinizi gözləmirsiniz?
- Mən bunu gözləyirdim. Klubların güclənməsi, “Bakı”, “Xəzər-Lənkəran”, “İnter”in transferləri buna əsas verirdi. Ancaq mən gözləmirəm ki, çempionatımız gərgin keçəcək. Düzdür, “Neftçi”nin evdə “Muğan”a uduzması diqqət çəkdi. “Muğan” da özünə görə bir komandadır. “Neftçi” kimi, “Bakı” ilə “Xəzər-Lənkəran” da evdə xallar itirirsə, bu, onlar üçün mənfi haldır. İndi bu haqda fikirləşməsələr də, gələcəkdə bu, onlar üçün qızıl xallar olacaq. Həmin xalları axtaracaqlar.
- Cari çempionatda favoritləriniz kimlərdir?
- Favoritlərim var idi. Bunlar “Bakı” və “Xəzər-Lənkəran” idi. Ancaq onların çıxışı da məni hələ ki təəccübləndirir.
- Milli komandamızın son oyunlarda çıxışı sizdə hansı təəssürat oyatdı?
- Yığmamızın evdə Finlandiyanı udacağına əmin idim. Hətta bununla bağlı mərc də etmişdim.
- Bu, simvolik mərc, yoxsa pulla idi?
- Elə-belə mərc, pulla bağlılığı yox idi. Sadəcə, öz aramızda mərcə girmişdim. Dost-tanışa demişdim ki, Azərbaycan Finlandiyanı udacaq. Milli komandamız bu rəqibi yenməyə qadir idi. Üstəlik, Lənkəranda möhtəşəm, azarkeşlərlə dolu bir stadionda finləri üstələməli idik.

0
0