“Bakıda bizi gəzinti gözləmir”
16.09.2009 - 23:13
“Təbii ki, biz turnirə yaxşı köklənmişik. Qarşımızda da yalnız bir vəzifə var – mərhələni adlamaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi Aleksandr Masalski deyib.
Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək oyunlarında Azərbaycan yığmasının rəqibi olan slavyanların çalışdırıcısı komandamızdan çəkindiyini etiraf edib: “Növbəti mərhələ haqda düşünsək də, qızları Bakıda asan gəzinti gözləmir. İspaniya qrupumuzun favoritidir. Onlar az qala 2009-cu ildə qitə çempionatının final mərhələsinə çıxacaqdı. Meydan sahiblərinin komandası da çox təhlükəlidir. Onlar ötən seçmə mərhələdə keçirdiyi 6 matçda cəmi 1 dəfə uduzmuşdu”.
Qeyd edək ki, Bakıda keçiriləcək seçmə oyunlar sentyabrın 19-24-də keçiriləcək. Azərbaycan – Ukrayna matçı isə turnirin II turunda ayın 21-də baş tutacaq.

0
0