Canluka Ancaluci: Azərbaycanda istedadlı uşaqlar çoxdur - MÜSAHİBƏ
17.09.2009 - 00:37
Azərbaycanda səfərdə olan İtaliyanın “Milan” klubunun nümayəndəsi Canluka Ancalucinin “Futbol dünyası” qəzetinə müsahibəsi
- Öncə karyeranız haqda məlumat verərdiniz...
- Karyeramı “Roma”da başlamışam. Müxtəlif komandalarda çıxış edərək müəyyən səviyyəyə yüksəldim. Ümumiyyətlə, “Leççe”, “Bari”, “Napoli” və “Torino”nun şərəfini qorudum. Karyeramın son illərini “Latsio”da keçirdim. Futbolçu karyeramı bitirdikdən sonra qapıçılarla işləyən məşqçi kimi fəaliyyətə başladım. Yetirmələrimdən dördü dünya və Avropa çempionatlarının qalibi olublar. Əsas yığmanın qapıçılarından olan Marko Ameliya mənim yetirməmdir. 8 ildir ki, Avropanın müxtəlif yerlərində qapıçılara məşqlər keçirəm.
- Yetirmələrinizdən Ameliyadan başqa kimlərin adını qeyd edə bilərsiniz?
- “Bolonya”da çıxış edən Emilyano Viviyano, eləcə də avstriyalı qapıçı Mikael Konsel mənim yetirmələrimdir. Məşqçi kimi 2 il “Roma”da çalışarkən bu klubun gənc qapıçılarına məşqlər keçmişəm. Daha sonra “Milan”a keçdim və hazırda bu klubda fəaliyyətimi davam etdirirəm. Əsasən gənc qapıçıları hazırlayıram. Kristian Abbyati də bizim məşqlərdə iştirak edirdi.
- Karyeranız haqqında bu qədər yetər. Artıq bir neçə gündür Bakıdasınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.
- Açığını deyim ki, təəssüratlarım böyükdür. Hər şeydən əvvəl azərbaycanlı futbolçuların potensialına inanıram. Yaxşı futbolçu nəsli yetişməkdədir. Uşaqlar istəkli görünürlər. Məşqlərə də ciddi yanaşırlar. Yəni istək, əzm varsa, nəticə də yaxşı olacaq.
- Keçdiyiniz məşqlərdən sonra uşaqların hazırlıq durumu barədə nə deyə bilərsiniz?
- Ötən il burada təşkil edilən “Milan” Junior Camp” layihəsi çərçivəsində uşaqları seçərkən çox istedadlı bir qapıçıya rast gəldim. Adı Anar idi (Anar Məhərrəmov). Sonra zəng vurub onu “Milan”a dəvət etdim. O, 3 gün İtaliyada məşq keçdi. Bu dəfə həqiqətən futbolunuzdakı canlanmanın şahid oldum. AFFA-nın inşa etdirdiyi Futbol akademiyasında oldum. İşlər çox yüksək səviyyədə təşkil edilib. Federasiya rəhbərliyi ilə söhbət zamanı onların məqsədlərinin ölkə futbolunu inkişaf etdirməkdən ibarət olduğunu anladım. Ünsiyyət zamanı AFFA rəsmilərinin geniş planlarının və istəklərinin olduğunu gördüm. Mən onların məqsədlərinə çatacaqlarına inanıram.
- Sizcə, bizim qapıçılar niyə Avropanın aparıcı klublarında çıxış edən həmkarlarından zəifdirlər?
- Bu, mentalitetlə də bağlı ola bilər. Yüksək mədəniyyətinizin olduğunu bilirəm. Amma əksər Avropa ölkələrində klublar böyük pullar qarşılığında kənardan oyunçu gətirirlər. Təbii ki, hər gələn də özü ilə yeni nəsə gətirir. Bax, futbolun inkişafında bu da vacib amillərdəndir. Ancaq uşaqlarınızın istedadlı olduğu danılmaz faktdır.
- Təcrübəli məşqçi kimi bu çatışmazlıqları aradan qaldırmaq üçün nə məsləhət görürsünüz?
- Bayaq qeyd etdim ki, federasiyada işlər düzgün qurulub. Yəni kiçik yaşlı uşaqları hazırlığa cəlb edib onları hazırlamaqla işə başlamaq lazımdır. Bugünkü gənclərin səviyyələri məni qane etdi. Amma onları daha da inkişaf etdirmək üçün üzərlərində bir qədər də işləmək lazımdır. Eyni zamanda fərqli mədəniyyətlərə malik güclü futbolçuların da xidmətindən istifadə etmək vacibdir.
- Budəfəki səfərinizdə necə, istedadı ilə diqqətinizi cəlb edən qapıçı oldumu?
- Yenə qeyd edirəm ki, perspektivli uşaqlara rast gəldim. Amma onlar fərqli xarakterə sahibdirlər. Məsələn, elə qapıçı oldu ki, məşq prosesində özünü əla göstərdi, amma oyunda zəif təsir bağışladı. Və ya əksinə, məşqdə zəif olan qapıçı oyunda əla çıxış etdi. Eləcə də meydan oyunçusu kimi daha yaxşı oynayan qapıçılara da rast gəldim. Ola bilsin, bu tip problemlər məşqlərin az keçirilməsindən qaynaqlansın. Xarici ölkədən qapıçılar dəvət edilsə, yaxşı olar. Uşaqların düzgün yetişməsində yığmanın qapıçılarının da əməyi ola bilər.
- “Milan”a aparmaq istədiyiniz qapıçı varmı?
- Biz 5 gün Bakıda olacağıq. Bu qısa vaxtda seçim edib, qərar vermək çox çətindir.
- Anar Məhərrəmovla necə görüşmüsünüzmü?
- Əlbəttə, “İnter”də çıxış edir. Bilirsiniz, bizim üçün braziliyalı və ya azərbaycanlı futbolçunun fərqi yoxdur. Əsas problem İtaliyaya gedən futbolçunun yerli mühitə uyğunlaşması ilə bağlıdır. Məsələn, Anar bunu bacarmadı. O, adaptasiya probelmi yaşadığından Azərbaycana döndü.
- Futbol akademiyasında oldunuz və uşaqlar üçün master-klass keçdiniz. Oradakı şərait sizi qane etdimi?
- Bu qədər gəzmşəm, gördüyüm ən yaxşı akademiya AFFA-nın inşa etdirdiyidir. Hər şey əladır. Şərait də yüksək səviyyədədir. Bu cür infrastruktura malik olduğunuza görə sizi təbrik edirəm.
- Ölkəmizə yenə səfəriniz gözlənilirmi?
- Buna ümid edək. Çox istərdim ki, Futbol akademiyasında qapıçılarla işləyən məşqçi Ramiz Əhmədovla hansısa bir proyekt əsasında birgə çalışaq.
- Sizcə, yaxşı qapıçı olmaq üçün hansı keyfiyyətlərə sahib olmaq lazımdır?
- Fiziki və psixoloji cəhətdən hazır olmaq vacibdir.

0
0