“Futbol istənilən hava şəraitində oynanılsa da...”
17.09.2009 - 09:31
“Futbol istənilən hava şəraitində oynanılsa da...”
“Düzdür, futbol istənilən hava şəraitində oynanılır. Amma Lənkərandakı meydanda oynamaq mümkün deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun futbolçusu Daniel Oprita deyib.

Rumıniyalı futbolçu Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan “Xəzər-Lənkəran”la görüşün yenidən başqa vaxta keçirilməsini düzgün sayır: “Qarşılaşma zamanı meydan elə bir vəziyyətdə idi ki, oyundan söhbət belə gedə bilməzdi. Bütün meydan su ilə dolu idi, nəinki topu kiməsə ötürmək, hətta qaçmaq belə çətin idi. Hakim yeganə düzgün qərarı qəbul edib matçı dayandırdı. Biz mübarizəyə hazır idik, məşqçimiz də sonadək oynamağı tapşırmışdı. Təəssüf ki, belə alındı. Artıq irəlidən gələn oyunları fikirləşirik".
0