Yağışa görə təxirə salınan oyunun vaxtı müəyyənləşdi
17.09.2009 - 09:55
Yağışa görə təxirə salınan oyunun vaxtı müəyyənləşdi
Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Xəzər-Lənkəran” – “Bakı” oyunu ilə bağlı olay Yaponiya liqasında da baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin J liqasında “Kasima Antlerz” və “Kavasaki Fronteyl” klubları arasında görüş Lənkərandakı oyunda olduğu kimi, güclü leysan üzündən yarımçıq dayandırılıb. Qərara alınıb ki, oyun dayandırıldığı yerdən davam etdirilsin. Ancaq fərq ondadır ki, yaponlar meydana son 15 meydana oynamaq üçün çıxacaq.

“Xəzər-Lənkəran”la “Bakı” arasında dünənki görüş rəsmən 11-ci dəqiqədə dayandırılıb və deməli, komandalarımız 79 dəqiqə oynamalı olacaq. Yaponiya liqasının rəhbərliyi milli çempionatının son turundakı bu oyunun keçirilmə vaxtını da artıq müəyyənləşdirib. Belə ki, “Kavasaki Fronteyl”nin 3:1 hesabı ilə irəli olduğu oyun oktyabrın 7-də keçiriləcək. Uduzan komanda oyunun əvvəldən, yəni hesab 0:0 olandan başlanmasına cəhd etsələr də, istəklərinə nail ola bilməyiblər.

Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Bakı” oyununun keçirilmə vaxtı hələ dəqiqləşməyib.