Azərbaycan klublarına inam azalır
17.09.2009 - 10:21
Azərbaycan klublarına inam azalır
“Çempionlar və Avropa Liqası ərəfəsində oyunlara pul qoyanların sayı kəskin surətdə artıb. Bu bir il əvvəl keçirilən Avropa çempionatının final mərhələsindəki dövrü xatırladır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Wettpunkt” bukmeker kontorunun baş mütəxəssisi Volfqanq Veynqast deyib.

Futbol azarkeşlərinin kontorlara pul qoymaqda həvəsli olmasından sevinən eksperti narazı qoyan məqamlar da var: “Əsasən 2, 1 və 0-a üstünlük verən müştərilərimiz daha çox xarici klubların oyunlarına proqnoz verir. Bu aşkar hiss olunur. Bu rəqəmin get-gedə daha da aşağı düşəcəyini düşünürəm. Bir də ki, Azərbaycan klublarına pul qoyuluşları kəskin şəkildə düşüb. Belə bədbinliyə mən bu peşədəki karyeramın son 25 ilində də rast gəlməmişəm”.
0