Arif Əsədov: Qarşıma ikinci məşqçi kimi işləməyi məqsəd qoymamışam
17.09.2009 - 10:56
“Böyükağa Ağayevin səhhətində həqiqətən də problem yaranıb. Həkimlər ona 1 həftə istirahət etməyi məsləhət görüblər. Bu səbəbdən növbəti turda “Standard”la görüşə komandanı İqor Getmanla mən hazırlaşdıracağam”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun məşqçisi Arif Əsədov deyib.
38 yaşlı çalışdırıcı Böyükağa Ağayevin baş məşqçi vəzifəsindən azad edilməsi və özünün bu posta təyin olunmasını təkzib edib: “Belə bir söhbət yoxdur. “Muğan”a uduzduğumuz oyundan sonra halı pisləşən baş məşqçiyə bir müddət sakitik lazımdır. Onun yoxluğunda məşqləri köməkçiləri keçməlidir. “Standard”la oyuna da komandanı biz çıxaracağıq”.
Ağayevlə Əsədovun indiyədək yolu bir neçə dəfə kəsişib. Belə ki, təcrübəli mütəxəssis həm 19 yaşlılardan ibarət yığma komandamızın, həm də “Neftçi”nin əvəzedicilərinin sükanı arxasından gedəndən sonra gənc həmkarı onun yerinə təyin olunub: “Komandaya baş məşqçini rəhbərlik təyin edir və belə təklif almamışam. Sadəcə, mənə müvəqqəti tapşırılan işi icra edirəm. Hər bir çalışdırıcı baş məşqçi olmaq istəyər. Heç vaxt qarşıma məqsəd qoymamışam ki, ikinci məşqçi kimi işləyim. İndiyə kimi, həm 19 yaşlılardan ibarət yığmamızda, həm də “Neftçi”nin əvəzedicilərində baş məşqçi olmuşam, nəticə də vermişəm. Əvəzedicilərlə ötən mövsüm ölkə çempionluğunu qazandıq. Ancaq bütün bunlar əsas komandanın da baş məşqçi postuna gəlişimin gündəmdə olduğu demək deyil”.
Əsədov Ağayevlə münasibətlərinin yaxşı olduğunu gizlətmir: “Biz bir-birimizi uzun müddətdir tanıyırıq. Futbolçu kimi yetişməyimdə Ağayevin də rolu olub. O, mənim ilk məşqçilərimdəndir. Böyükağa müəllim “Neftçi”yə baş məşqçi təyin olunandan sonra mənimlə birgə çalışmaq istədi və onun köməkçisi oldum. Əsas komandada ikinci məşqçi olmaq mənim üçün bir təcrübə, praktikadır. Gənc məşqçi kimi Ağayevin təcrübəsindən yararlanıram. Amma futbolçu dövrümdə də, məşqçilikdə də iddialıyam. Fikrimcə, məşqçi iddialıdırsa, iddialı klubda çalışa bilər”.
Əsədov bildirib ki, “Standard”la sentyabrın 19-da Sumqayıtda keçiriləcək görüşə qələbə üçün çıxacaqlar: “Rəqibin oyununa bu gün baxıb, təhlil edəcəyik. Hamı başa düşür ki, iki ilin komandasına uduzmaq qürurverici deyil. Bu, pis haldır. Bundan nəticə çıxartmışıq. Ardıcıl iki məğlubiyyət almaq fikrimiz yoxdur. “Neftçi” həmişə olduğu kimi, “Standard”la görüşə də yalnız qələbə qazanmaq üçün çıxacaq”.

0
0