“Xəzər-Lənkəran”la “Bakı”: 3 gündə 2 görüş
17.09.2009 - 11:33
Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış “Xəzər-Lənkəran” – “Bakı” oyunu noyabrın 25-də keçirilə bilər. Apasport.az saytının məlumatına görə, Lənkəranda yağan güclü leysan üzündən 11-ci dəqiqədə yarımçıq dayandırılan görüşün təqvimdə ehtiyat gün kimi nəzərdə tutulan həmin tarixdə keçiriləcəyi gözlənilir.
Bu, təsdiqlənəcəyi halda, “Xəzər-Lənkəran”la “Bakı” 3 gündə 2 dəfə görüşməli olacaq. Məsələ ondadır ki, bu komandalar arasında II dövrədə Bakıdakı oyun təqvimə görə həmin tarixə təyin olunub.
Qeyd edək ki, yarışların əsasnaməsinə görə görüş dayandırıldığı vaxtdan, yəni 11-ci dəqiqədən davam etdirilməlidir. Ancaq bu, komandaların həmin heyətlə meydana çıxmalı olması demək deyil. Yəni baş məşqçilərin əsas heyətdə dəyişiklik etmək hüququ var.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0