Milli komandanın futbolçusu: Gələcək nəsillər üçün döyüşürük
17.09.2009 - 14:05
19 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının I seçmə mərhələsində Azərbaycan yığması ilə görüşəcək ispaniyalıların 3 oyunçusu yerli radionun qonağı olub. Apasport.az saytının məlumatına görə, “Espanyol”un şərəfini qoruyan Marta Corredera, “Rayo Vallekano”da çıxış edən Mariya Qalan və “Levante”li Ester Qonzales Bakı səfəri ərəfəsində üzləşdikləri problemlərdən danışıb. Xanım futbolçular bu idman növü ilə məşğul olan qızların hansı çətinliklərə dözməli olduğunu açıqlayıb ki, eyni problem Azərbaycan üçün də xasdır.
Ester oğlanların ona niyə nifrət etdiyinin səbəbini belə izah edib: “Əksər rəfiqələrimdən fərqli, mən valideynlərimin xeyir-duası ilə bu idman növünə gəldim. 6-7 il məşğul olduğum futbolda oğlanların qəzəbinə səbəb olmuşam. Çünki onlarla oynayanda o qədər qol vururdum ki, mənə həsəd aparır, futbolun qızlıq olmadığını bildirirdilər”.
Marta isə məktəbdə üzləşdiyi problemi etiraf edib: “Məktəbimizdə futbolla məşğul olmağıma pis baxırdılar. Oyunlar zamanı imtahan və ya dərslərdən qalmağım üçün icazə belə vermirdilər”.
Mariyanın da demək olar ki, o qədər də fərqli olmayan problemlərdən danışması Esteri əsas məqsədi açıqlamağa vadar edib: “Biz gələcək nəsillər üçün mübarizə aparır, döyüşürük. İndiki dövrdə futbola gələn xanımlar çox əziyyət çəkir. Qoy bizdən sonrakılar bu problemlə üzləşməsin”.
Qeyd edək ki, Azərbaycan – İspaniya oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.

0
0