Azərbaycan çempionatında daha bir istefa
17.09.2009 - 14:33
Azərbaycan çempionatında mövsümün ikinci istefası rəsmiləşib. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, Bəxtiyar Qulamovu Elman Sultanova dəyişən “Bakılı”nın ardından daha bir I divizion təmsilçisi - Qusarın “Şahdağ” klubu da çalışdırıcısını dəyişməyə qərar verib.
İlk 2 turda komandasına qələbə qazandıra bilməyən Şərafəddin Məmmədov uğursuzluqların ardından istefaya göndərilib. Bundan sonra ikinci məşqçi kimi komandada qalacaq Məmmədovun əvvəlki postunu isə Kamran Əlibabayev tutub. Karyerasının böyük hissəsi “Şahdağ”la bağlı olan 38 yaşlı çalışdırıcı son vaxtlar klubun aşağı yaş qruplarına nəzarət edirdi. Əlibabayev vaxtilə “Neftçi” və “Şəmkir”də də oynayıb.
Qeyd edək ki, “Şahdağ” cari mövsüm keçirdiyi hər iki oyunu heç-heçə bitirib: “Rəvan”la 1:1, ABN ilə 0:0.

0
0