“Gəncə” və MOİK yubiley qeyd edir
17.09.2009 - 14:55
Bu gün keçiriləcək ölkə kubokunun ilk oyunları meydana çıxan komandalardan ikisi üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, mübarizəyə I mərhələdən başlayan 8 klub arasında ən təcrübəlilər olan “Gəncə” və MOİK yubiley qarşılaşmalarına çıxacaq.
Uzun illər “Kəpəz” adı altında çıxış edən və 3 dəfə kuboka yiyələnən qərblilər bu turnirin tarixində özünün 75-ci matçına çıxacaq. Bu gün “Rəvan”ı qəbul edəcək “Gəncə” indiyədək keçirdiyi oyunlarda 48 qələbəyə sevinib, 12 heç-heçə edib və 14 dəfə uduzub. Bu görüşlərdə 152 top vuran gəncəlilər 69 dəfə topu tordan çıxarıb.
MOİK isə “Gəncə” ilə müqayisədə kiçik yubileyini qeyd edəcək. “Hərbçilər” 50-ci kubok matçını “Neftçi-İSM”ə qarşı keçirəcək. Bakılılar indiyədək 13 qələbə və 7 heç-heçə ilə kifayətləndikləri kubokda 29 dəfə məğlub olub. MOİK-in top fərqi də rəqiblərinin xeyrinədir – 45:71.
Qeyd edək ki, yubilyarların hər ikisinin rəqibi ölkə kuboku yarışlarının debütantlarıdır.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0