“Berti Foqtsun “Zenit”in baş məşqçi postuna namizəd olması haqda ilk dəfə sizdən eşidirəm”
17.09.2009 - 15:41
“Berti Foqts komandamızın baş məşqçisi olacaq? Mən belə bir informasiya ilə rastlaşmamışam”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında Rusiyanın “Zenit” klubunun idman direktorunun köməkçisi Sergey Malyutin deyib.
Ötən ilin aprelindən Azərbaycan yığmasını çalışdıran Berti Foqtsun AFFA ilə bağladığı rəsmi müqavilənin müddəti başa çatmaq üzrədir. Bu səbəbdən almaniyalı çalışdırıcının adı digər komandalar ətrafında hallanır ki, həmin müştərilər arasında “Zenit”in də olduğu deyilir.
Holland mütəxəssis Dik Advokatla yollarını ayıran Sankt-Peterburq təmsilçisinin rəhbərliyi isə mövsümün sona kimi baş məşqçi vəzifəsini Anatoli Davıdova həvalə edib. Xüsusilə alman həmkarlarımız Foqtsun adını “Zenit” ətrafında hallandırır.
Ancaq Foqtsun namizədliyini təəccüblə qarşılayan komandanın rəsmisi apasport.az saytına bildirib ki, almaniyalı mütəxəssislə hansısa əməkdaşlıq gündəmdə deyil: “Foqtsun komandamızın baş məşqçi postuna namizəd olması barədə eşitməmişəm. Dəqiq deyirəm. Foqtsun “Zenit”in baş məşqçi postuna namizəd olması haqda ilk dəfə sizdən eşidirəm. Təbii ki, Foqtsun rəhbərlik etdiyi Azərbaycan yığmasının oyunu izləyirik. Üstəlik, milli komandanızla bir qrupda yer almışıq. Gələcəkdə Foqtsun komandamızda çalışıb-çalışmayacağı haqda dəqiq bir şey deyə bilmərəm”.
Qeyd edək ki, “Zenit” Advokatın rəhbərliyi altında Rusiya çempionluğu, UEFA kuboku və Superkubokunu qazanıb.

0
0