Gürcüstan Futbol Federasiyasının prezidenti istefa verdi
17.09.2009 - 16:54
Gürcüstan Futbol Federasiyasının prezidenti istefa verdi
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Nodar Axalkatsi istefa verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı rəhbər şəxs postundan getməsinin səbəbini keçirəcəyi brifinqdə açıqlayacaq. Axalkatsinin yerinə 2 namizəd var. Bunlar “Mobitel” şirkətinin baş direktorunun müavini Merab Şanqaniya və Zuqdidinin “Baya” futbol klubunun sahibi Zviad Siçinavadır.

Nodar Axaltaksi Gürcüstanın məşhur futbolçularından olan Nodar Axalkatsinin oğludur. Artıq dünyasını dəyişən ata Axaltaksi GFF-nin prezidenti və Tiflisin “Dinamo” klubunun məşqçisi olub. Onun oğlu 2005-ci ildə, 29 yaşında ölkənin ali futbol qurumuna prezidenti seçilib. Özü də kiçik Axalkatsinin lehinə federasiyanın 26 nümayəndəsindən 25-i səs verib.
0