Azərbaycanı püşkatmada kim təmsil edəcək?
18.09.2009 - 14:37
Futzal üzrə Avropa çempionatının püşkatma mərasimində Azərbaycanı təmsil edəcək şəxslər müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 24-də Macarıstanın Debretsen şəhərindəki Kelçey konqress mərkəzində baş tutacaq tədbirdə ölkəmiz 2 nəfərlə təmsil olunacaq. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq püşkatmada Azərbaycan Futzal Federasiyasının nümayəndəsi Ramin Axundov və milli komandanın baş məşqçisi Joze Alesio Da Silva iştirak edəcək.
Qeyd edək ki, gələn il yanvarın 19-30-da keçiriləcək yarışda mübarizə aparacaq 12 komanda hər birində 3 komanda olmaqla 4 qrupda yarışacaq. Hər qrupun iki ən yaxşısı 1/4 finala yüksələcək. Artıq komandaların püşkatma ərəfəsində səbətlərə də bölünüb. Macarıstan, İspaniya, İtaliya və Rusiya I, Portuqaliya, Ukrayna, Çexiya, Serbiya II, Sloveniya, Belçika, Belarus və Azərbaycan III – sonuncu səbətdə yer alıb.

0
0