Azərbaycan hakimliyində yeni standart
18.09.2009 - 15:56
Azərbaycan hakimliyində yeni standart
Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış, həmçinin ölkə kubokunun oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş hakimlərin standart qiymətləndirilməsi ənənəsi bu dəfə də davam edib.

Premyer Liqanın IV turunda olduğu kimi, yenə fit sahibləri eyni – 8,1 qiymətinə layiq görülsə də, onlar arasında “büdrəyən” tapılıb. “Bakılı” klubunun yeni baş məşqçisi Elman Sultanovun təhqir etdiyi Ramil Diniyev həmkarları ilə müqayisədə standartdan aşağı qiymət alıb.

Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan oyun

"Turan" - "Qarabağ"
Fariz Yusifov - 8,1, Azad Q.Hüseynov - 8,1, Munis Abdullayev - 8,0, Azad Mütəllimov - 8,0

Azərbaycan kubokun 1/16 final mərhələsinin ilk oyunları
"Gəncə" - "Rəvan"
Elnur Muradov - 8,1, Səbuhi Əmrahov - 8,0, Rauf Məmmədov - 8,0, Əli Əliyev - 8,0

"Anşad-Petrol" - "Şahdağ"
Rasim Məmmədov - 8,1, Habil Əliyev - 8,1, Aleksandr Musatkin - 8,1, Teymur Fərhadov - 8,0

MKT "Araz" - "Bakılı"
Ramil Diniyev - 7,8, İsgəndər Əliyev - 8,1, Vaqif Ayvazov - 8,1, Zöhrab Əliyev - 8,0

MOİK - "Neftçi İSM"
Rauf Cabbarov - 8,1, Eldar Nağıbəyov - 8,1, Yaşar Abbasov - 8,1, Hacıəli Ağayev - 8,0
0