İlqar Qurbanov: Hər bir klubda olduğu kimi, bizdə də məyusluq var
18.09.2009 - 16:05
“Bakı” ilə oyuna hazırıq. Bu komanda hörmətə layiq rəqibdir. Ona görə də görüşə ciddi hazırlaşmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Olimpik-Şüvəlan” klubunun futbolçusu İlqar Qurbanov deyib.
Son turda hesabda irəli olduqları, ancaq sonda heç-heçə ilə kifayətləndikləri “İnter”lə görüşü xatırlamaq istəməyən 23 yaşlı yarımmüdafiəçi komandasındakı hazırkı durumu qənaətbəxş sayır: “Sadəcə, qələbəni əldən verən hər bir komandada olduğu kimi, bizdə də məyusluq yaranıb. Heç bir eniş, depressiya yoxdur. İki xalı itirdiyimizə görə müəyyən mənada biz günahkarıq. Səhvlərimizin “Bakı” ilə oyunda da təkrarlanması üzərində bütün həftədir işləyirik. Sadəcə, zədəli futbolçularımızın olması təəssüf doğurur”.
İlqarın fikrincə, “Bakı”nın son vaxtlar uğursuzluğu onlara üstünlük verməməlidir: “Rəqib cari mövsümdə cəmi 1 dəfə uduzub. Avrokuboklardakı oyunları artıq heç kim xatırlamır. Mən “Simurq”a məğlubiyyəti çempion üçün faciə saymıram. Axı onlar autsayder yox, ötən mövsümün digər mükafatçısına qarşı oynayıb ki, “Simurq” Avroliqada ölkəmizi təmsil etmiş komandadır. Böyük hörmətlə yanaşdığım “Bakı”nın güclü heyəti, yaxşı məşqçisi var. Bu klubun legionerləri güclərini ötən mövsüm sübut ediblər, yeni futbolçuları isə özlərini Çempionlar Liqasında göstəriblər. “Bakı” psixoloji cəhətdən çox güclüdür. Əvvəldən əminəm ki, bizim görüşümüz gərgin, maraqlı olacaq”.
Qurbanov ilk turlarda meydan fəal olmamağını fiziki baxımdan problemlərlə bağlamır: “Sadəcə, çempionat öncəsi zəhərləndiyimdən uzun müddət özümə gələ bilmədim. Özümü pis hiss edirdim. Ötən həftə yalnız bir məşq keçdim və bundan sonra “İnter”lə oyuna çıxdım. Təsəvvür edirsiniz, həmin vaxtda hansı vəziyyətdə idim? Bu dəfə bütün həftə ərzində tam çalışmalar keçdiyim üçün oyunumun səviyyəsi yüksəlməlidir. Elə komandamız indi də pis formada deyil. Sadəcə, yeni futbolçularımız çoxdur və uyğunlaşa üçün bizə bir neçə həftə vaxt lazımdır. Biz oyundan oyuna artırırıq”.
Mənbə: extratime.az

0
0