“5:0 hesabı ilə qalib gəlsəydik, yenə baş məşqçini qovacaqdım”
18.09.2009 - 16:41
Rumıniyanın “Styaua” klubunda baş verən məşqçi istefasının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Moldovanın “Şerif” klubu ilə qolsuz heç-heçədən sonra komandadan qovulan Kristiano Berqodinin qovulmasına nəticənin təsiri olmayıb.
Belə ki, “Styaua”nın sahibi, qalmaqallarda ad çıxaran Cici Bekali istefanın qaçılmazlığını başqa səbəblə izah edib: “Qarşılaşma bitəndən sonra soyunub-geyinmə otağına yollandım. Lakin Berqodi məni oyunçuların yanına buraxmadı. İmkan vermərəm ki, məni təhqir edib alçaltsınlar. Hətta 5:0 hesabı ilə qalib gəlsəydik, onu istefaya göndərəcəkdim. Məni təhqir edən adamla bir yerdə işləyə bilmərəm”.
Qeyd edək ki, “Styaua”nın yeni baş məşqçisi Mihay Stoykitse olub.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0