Emil Cabbarov: Milli komandada ehtiyat oyunçu problemi var - MÜSAHİBƏ
18.09.2009 - 23:56
Cari il çimərlik futbolu üzrə yığmamızın uğurlu çıxışı ilə yadda qaldı. Cəmi 2 ildir ki, yaradılan çimərlik futbolu üzrə milli komandamız bir çox beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil etdi. Əlbəttə ki, bu uğurlarda baş məşqçi Emil Cabbarovun da rolu böyük idi. O, “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə bu və digər məsələlərə aydınlıq gətirib.
- Ötən ili necə dəyərləndirirsiniz?
- Fikrimcə, çox yaxşı oldu. Həm oyunlarda, həm də göstərdiyimiz nəticələrdə yüksəliş hiss olundu. Turnirdən-turnirə futbolçularda və ümumiyyətlə, komandada müəyyən artım görünürdü. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində 7-ci yeri tutduq. Halbuki ilk “beşlik”də qərarlaşsaydıq, mundiala yollanacaqdıq. Heyf ki, bu istəyimiz baş tutmadı. Avrokuboklarda da pis çıxış etmədik. Düzdür, bizim qazandığımız nəticələrin jurnalistləri qane etdiyini deyə bilmərəm. Lakin ümumiyyətlə, çimərlik futbolunun səviyyəsi daha da artıb.
- Gəldiyiniz müddətlə müqayisədə hansı dəyişikliklər baş verib?
- Məndən qabaq da burada güclü mütəxəssis işləyirdi. Düzdür, mənə qədər olan vəziyyəti dəqiqliyi ilə bilmirəm. Gəlişimdən sonra seçim etməyə başladım. Yeni futbolçular yığdım. Bilirsiniz, o müddətdə vəziyyət bir qədər başqa cür idi. Yəni təzə-təzə çimərlik futbolu oynamağa başlayırdıq. Həm də ki, yazda daha çox futbolçuların çimərlik futboluna adaptasiya olunmasına çalışırdıq. Özünüz də bilirsiniz ki, bu, heç də qısa müddətə baş vermir. Lakin vaxt keçdikcə, daha yaxşı çıxış etməyə başladıq. İndi o dövrlə müqayisədə çox dəyişiklik baş verib.
- Futbolçularda hansısa artım varmı?
- Əlbəttə ki, var. Həm fiziki, həm də ki, taktiki planda. Bizdə futzaldan, böyük futboldan gələn futbolçular çox idi. Onların çimərlik futboluna alışması üçün vaxt lazım idi. Bilirsiniz ki, biz qumda oynayırıq. Bu isə tam fərqlidir. Burada oynamaq üçün hazırlıq başqa cür keçilməlidir. Amma futboçularımız həmin dövrü arxada qoyublar.
- Nə kimi problemlər mövcuddur?
- Zaman-zaman belə problemlər yaşadıq. Tez-tez futbolçularımız zədələnirdilər. Misal üçün əsas qapıçımız zədələnmişdi. Həmin ərəfədə Emin Kürdovun da barmağı sındı. Lakin Kürdovun əvəzləyicisi olmadığından onu əsas heyətdə buraxmağa məcbur oldum. Ehtiyat oyunçular skamyasının qısa olması bizə əlavə çətinliklər yaratdı. Bir də ki, qumda oynayarkən əlavə çətinliklər yaranır. Yəni zədələnmək ehtimalı heç də az deyil. İndi bu problemlərin həll edilməsi üçün çalışırıq.
- Eşitdiyimizə görə, artıq çimərlik futbolu üzrə 21 yaşadək futbolçulardan ibarət yığma da yaradılıb?
- Bəli. Yuxarıda qeyd etdiyim kimi, yığmada ehtiyat oyunçu problemi var. Ona görə də gəncləri yığıb ehtiyat qüvvə hazırlamaq istəyirik. Yaşlı futbolçunu çimərlik futbolunda oynatmaq çox çətindir. Ancaq gəncləri öyrətmək daha asan olur. Bizdə çimərlik mövsümü başa çatıb. Biz isə hələ də işləyirik. Başqa variant da yoxdur. Builki problemlərlə bir daha üzləşmək istəmirik. İndi U-21-ə 14 oyunçu yığmışıq. Düzdür, onların hamısı bizə uyğun gəlmir. Təxminən 5-6-sını saxlayacağıq. Ancaq bu, son seçim deyil. Oktyabrda da, noyabrda da seçimləri davam etdirəcəyik. Onu da qeyd edim ki, U-21-in də baş məşqçisi mənəm. U-21 görəcəyimiz son iş deyil. Biz gələcəkdə aşağı yaş qrupları üzrə yığmalar da yaratmaq istəyirik.
- U-21-in təlim-məşq toplanışı keçmək ehtimalı varmı?
- Var. Ola bilər ki, gələcəkdə U-21 təlim-məşq toplanışında və beynəlxalq turnirlərdə iştirak etsin. Ancaq bu barədə danışmaq həm tezdir, həm də mənim səlahiyyətimə aid deyil. Bununla belə, qeyd edim ki, biz indi ciddi iş görürük ki, gələcəkdə rəsmi təklif olanda biz ortaya komanda çıxara bilək. Eyni zamanda əsas yığmaya layiqli namizədlər hazırlaya bilərik.
- Gələcək planlarınız nədən ibarətdir?
- Bayaq qeyd etdiyim kimi, biz qış boyu işləyəcəyik. İndi uşaqların bir qismi ya zədələrini sağaldır, ya da ki, futzal komandalarında oynayırlar. Biz isə gələn il daha mübariz komanda düzəltməyə çalışacağıq. Eyni zamanda bu müddətdə hansısa turnir və ya təlim-məşq toplanışının keçirilməsi də mümkündür. Düzdür, bu, hələlik bir ehtimaldır. Lakin baş tutması heç də mümkünsüz deyil. Əksinə bu, bizim xeyrimizə olardı.
- Futbolçulardan xarici klublardan təklif alan oldumu?
- Bəli. Biz hələ Rusiyada təlim-məşq toplanışında olanda bəzi futbolçulara təkliflər gəlmişdi. Lakin biz ilboyu turnirlərdə iştirak etdiyimiz üçün onları buraxa bilmədik. Bu, həm də ehtiyat oyunçular skamyasının qısalığı ilə bağlıdır. Əslində hansısa futbolçunun xaricdə çıxış etməsi yaxşı haldır. Çünki bir çox ölkələrdə ilboyu oyunlar keçirilir. Bu zaman isə futbolçular oyun praktikasından korluq çəkmirlər. Nəticə olaraq həmin futbolçu yığmaya daha çox xeyir verir. Gələcəkdə futbolçulara analoji təkliflər olsa, böyük məmnuniyyətlə onları burxacağıq.
- Qarşıya hansı məqsədlər qoyulub?
- Məqsədlər çoxdur. Artıq komandamızı tanıyırlar və bizimlə hesablaşırlar. İndi rəqiblər bizim oyun üslubumuzu öyrənməyə çalışırlar. Avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Avropa çempionatında isə B divizionundan A divizionuna yüksəlmək üçün çalışacağıq. Dünya çempionatının seçmə mərhələsində də uğurla çıxış edərək final mərhələsinə yüksəlmək istəyirik. Bir sözlə, hədəflərimiz daha da böyüyüb.

0
0