Jaba “Olimpik-Şüvəlan”a qarşı oynaya bilər
19.09.2009 - 10:32
Jaba “Olimpik-Şüvəlan”a qarşı oynaya bilər
"Bakı" - "Simurq" matçında ikinci sarı və nəticədə qırmızı vərəqə alan Jabanın cəzası qüvvədən düşür. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının keçirilmə qaydalarına əsasən, komandaların iradəsindən asılı olmayan səbəblərdən yarımçıq qalan qarşılaşma baş tutmuş sayılır.

Premyer Liqanın I turu çərçivəsində keçirilən və leysan ucbatından 11-ci dəqiqədə dayandırılan "Xəzər-Lənkəran" - "Bakı" oyunu qeydə alındığından Jabanın cəzası bitmiş hesab olunur. Bu isə o deməkdir ki, Premyer Liqanın reqlamentinə əsasən, braziliyalı forvardın cəzası başa çatmış sayılır və o, "Olimpik Şüvəlan" - "Bakı" qarşılaşmasında meydana çıxa bilər.

www.fcbaku.com
0