Maradona borc əvəzinə sırğasını qaytardı
19.09.2009 - 11:18
Maradona borc əvəzinə sırğasını qaytardı
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona İtaliyanın Murano şəhərində qeyri-adi hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı dünya çempionunun qiymətli sırğaları müsadirə olunub. Maradona hələ İtaliyada “Napoli” klubunda oynadığı vaxtda vergidən yayındığı üçün 37 milyon avro borcu yaranıb.

Vergi polisi onun sırğalarını borcunun azalması məqsədilə əlindən alıb. Bu, sırğaların 4 min avro qiyməti var. Maradona onları vergi işçilərinə şəxsən özü verib.
Qeyd edək ki, əfsanəvi futbolçunun vergi borcu yalnız faizlərin hesabına gündə 3 min avro artır.
0