“Xəzər-Lənkəran”ın futbolçusu İsrailə gedir
19.09.2009 - 11:02
“Xəzər-Lənkəran” klubunun moldovalı futbolçusu Denis Kalinkov İsrailə gedəcək. Apasport.az saytının məlumatına görə, milli komandasından növbəti dəvət alan 23 yaşlı hücumçu 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə oktyabrın 10-da səfər görüşünün iştirakçısı olacaq.
Bundan 4 sonra Latviyaya yollanacaq Kalinkov həmin ölkənin yığması ilə səfər oyununda da özünü göstərmək imkanına malikdir. Denis milli komandanın düşərgəsinə bu ayın axırında, Premyer Liqamızın VI turu çərçivəsində Salyanın “Muğan” klubu ev oyunundan sonra yollanacaq. “Xəzər-Lənkəran”ın cari mövsümdə hər iki qolunu yeni transferlərindən olan Kalinkov vurub.
Qeyd edək ki, hesabında 3 xal olan, hələ ki qələbə qazanmayan Moldova yığması yer aldığı 2-ci qrupda sonuncu pillədə gedir.

0
0