“Yəqin ki, onlar Azərbaycan yığmasına düşə bilməyən futbolçular idi”
19.09.2009 - 11:41
“Yəqin ki, onlar Azərbaycan yığmasına düşə bilməyən futbolçular idi”
Rusiyalı azarkeşlər milli komandalarının 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla səfər oyunlarını səbirsizliklə gözləyirlər. Apasport.az saytının məlumatına görə, dünya çempionatına vəsiqə uğrunda mübarizə aparan şimal qonşularımız cari seçmə mərhələdə son rəsmi görüşlərini oktyabrın 14-də Bakıda keçirəcək. Rusiyanın azarkeşlərdən ibarət yığma komandasının üzvü olan İqor Voznyukun sözlərinə görə, millimizlə səfər oyununda bir yumruq kimi birləşməlidir: “Klub tərəfkeşliyi heç bir rol oynamır. Onlar futbol meydanından kənarda qalırlar. Futbol meydanında isə biz bir komandayıq. Burada idman prinsipi işləyir. İstənilən şəxs kömək edə bildiyini hiss edirsə, yığmaya gələ bilər və bunu etməlidir. Bu, xüsusilə Azərbaycanla yığması ilə qarşıdakı oyunda gerçəkləşməlidir”.

Rusiya yığmasında rəsmi oyunlarından öncə azarkeşlərdən ibarət komandaların görüşünün keçirilməsi ənənəsi iki il öncə, elə bu ayda yaranıb və reallaşır. Bütün rəqiblərini üstələyən rusiyalı fanatlar yeganə məğlubiyyətlərini bu ilin martında Moskvada bizimkilərdən alıblar. Həmin görüşü təbəssümlə qarşılayan Voznyuk qələbəmizi layiqli saymır: “Azərbaycanın azarkeşlərindən ibarət yığması ilə həmin oyunda 1:2 hesabı ilə uduzduq. Ancaq sonradan AFFA-dakı mənbələrimizdən öyrənə bildik ki, onların ölkəsinin azarkeşlərindən ibarət komandada çoxlu keçmiş və indiki peşəkar futbolçular oynayırlar. Yəqin ki, onlar Azərbaycan milli komandasına düşə bilməyən futbolçular idi”.
0