3 futbolçumuz “Milan” klubuna gedir
19.09.2009 - 16:53
"Şəfa" stadionunda "Milan Junior Camp" layihəsinin bağlanış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, layihənin rəhbəri Marko Skembri düşərgədə iştirak etmiş bütün uşaq və yeniyetmə futbolçulara uğurlar arzulayıb və layihənin müvəffəqiyyətlə başa çatmasında xidmətləri olan şəxslərə minnətdarlığını bildirib.
Düşərgə zamanı fərqlənmiş futbolçuların adları açıqlanıb və onlara hədiyyələr təqdim olunub. İtaliyanın "Milan" klubunun uşaq və yeniyetmə məktəbində təlim keçə biləcək futbolçuların da adları açıqlanıb. Beləliklə, layihənin davam etdiyi müddət ərzində italiyalı məşqçilər Ağaseyid Qasımovu, Ceyhun Güləliyevi və Firuz Mustafayevi (hər üçü "İnter" PİK-in üzvüdür) "Milan" klubunun uşaq və yeniyetmə məktəbində təlim keşməyə layiq olduqlarını bildirdilər.
pfl.az

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0