Ağasəlim Mircavadov: Bu gün növbəti dəfə yaxşı dərs aldıq
19.09.2009 - 22:37
“Bu gün növbəti dəfə yaxşı dərs aldıq. Başa düşə bilmirəm ki, bu qədər imkanı necə boşa vermək olar?” apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” ilə oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis xal itkisini qanunauyğunluq kimi dəyərləndirib: “Bugünkü xal itkisi qanunauyğunluqdur. Çünki bu qədər imkanı əldən verdikdən sonra mütləq cəzalanmalısan. Belə də oldu. Futbolçular əllərinə düşən imkanların yarısından istifadə etsəydilər, biz asan qələbə qazanardıq”.

0
0