Azərbaycan milli komandası “Breşia” klubunu məğlub edib
20.09.2009 - 18:22
İtaliyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız ikinci yoxlama oyununda “Breşia” ilə üz-üzə gəlib.
Alman baş məşqçi Oliver Pelzerin yetirmələri bu klubun nəzdindəki həmyaşıdlarından üstün olublar – 3:1. Yığmamızdan qolları Məqsəd İsayev (2) və Ramil Mansurov vurub.
Qeyd edək ki, İtaliyadakı toplanış çərçivəsində yığmamız ilk oyununu sentyabrın 17-də “Yuventus”dan olan həmyaşıdları ilə keçirib və 4:3 hesabı ilə qalib gəlib.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0