Vadim Borets: Tilsimi qırsaq da, “Standard”la oyun çətin keçəcək
22.09.2009 - 10:22
“Əsas vəzifə "Olimpik Şüvəlan"la oyunda 3 xal qazanmaq idi. Sevinirəm ki, bunu bacardlq. Yaxşı oynadığımızı söyləyə bilmərəm. Birinci hissədə oyuna nəzarət edirdik, ikinci hissəyə də pis başlamadıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Olimpik-Şüvəlanla” oyundan sonra “Bakı”nın futbolçusu Vadim Borets deyib.
Moldovalı futbolçu bildirib ki, komandası hesabı açandan sonra diqqəti müdafiəyə yönədib: “Müdafiə xəttimiz və qapıçımız Marko Şarliya etibarlı oynadılar. Ümumiyyətlə, oyun ağır keçdi. Tədricən, yaxşı forma yığacağımıza inanıram, psixoloji gərginlik aradan qalxmaqdadır. Avrokuboklardan sonra ilk qələbəmizi qazandıq. Artıq tilsim qırıldı, növbəti oyunlarda daha baxımlı və maraqlı futbol oynamağa çalışacağıq. "Standard"la oyuna gəldikdə isə, onlar da mövsümə pis başlayıblar. Bu səbəbdən "Standard"la oyunun çətin keçəcəyini düşünürəm, çünki sumqayıtlılar da "qara zolaq"dan çıxmağa çalışırlar".
Bakıfc.com

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0