“Qarabağ”dan sərt bəyanat: Ona hakim deməyə adamın dili gəlmir!
22.09.2009 - 12:15
“Qarabağ”dan sərt bəyanat: Ona hakim deməyə adamın dili gəlmir!
Ağdamın “Qarabağ” komandası bəyanat yayıb. Klubun mətbuat xidmətindən apasport.az-a daxil olan bəyanatda Premyer Liqanın V turunda Zaqatalada baş tutmuş “Simurq” – “Qarabağ” görüşünün baş hakimi Əfqan Həmzəyevin oyunu qərəzli idarə etdiyi bildirilir: “Dünənki oyunu idarə etmiş Əfqan Həmzəyevə böyük məmnuyyətlə “mənfur” şərəfinə layiq görmək istərdik. Amma çox təəssüf ki, özünü hakim adlandıran “Əfqan Həmzəyev”in hərəkətlərini daha doğrusu mənəviyyat(sızlığı)nı gördükdən sonra “mənfur” kəlməsinin nə qədər uca anlam daşıdığının şahidi olduq. O, elə bərbad idarəçilik göstərdi ki, ona hakim deməyə adamın dili gəlmir”.

Bəyantda 2 il öncə Qəbələdə keçirilmiş oyunla bağlı xatırlatma da var: “Milli çempionatda “Qəbələ” – “Qarabağ” görüşü keçirilir. Əfqan Həmzəyev bəlkə dünya futbol tarixinin ən şərəfsiz idarəçiliyini göstərir. İlahi ədalətin mücəssəməsi olaraq, komandamız həmin oyunda qalib gəldi və görüşdən sonra “Qarabağ”da hər kəs bir-birinə qoşulub ağlayırdı. Düz 2 il “Qarabağ”ın oyunlarına Həmzəyev təyinat almadı. Sanki, hakimlərin təyinatı ilə məşğul olanlar Əfqan Həmzəyevin ölkəmizin həssas bölgəsinin adını daşıyan komandaya olan nifrətini hiss ediblərmiş. Və, dünən... Qurban Qurbanovun sözü kifayət edər: “Əfqan “Qarabağ”ı vurmurdu, Azərbaycan futbolunun gələcəyini qırdı”

Daha sonra bildirilir ki, “Qarabağ” Zaqatalada legionerlərdən ibarət yığmaya qarşı oynayıb: “Komandamız meydana 5 nəfər 18-21 yaşlı futbolçularla çıxmışdı. Bizim, “Simurq”la heç bir işimiz yoxdur. Güclü olan şəxs odur ki, məğlubiyyəti qəbul edə bilsin. Və “Simurq”u qələbə münasibətiylə təbrik etmək ləyaqətini də hiss edir və qəbul edirik. Amma görəsən, “Əfqan Həmzəyev” dünənki oyundan sonra ən azı 1 milyon insanın ürək ağrısından, nəinki dişlərinin dibindən, eyni zamanda çiyərlərinin hərərətli sözlərinin “ləyaqət”ini qaldıra biləcəkmi? İnanmırıq! Çünki, bunun üçün o ləyaqətə və şərəfə sahib olmaq lazımdır. Əlbəttə, Həmzəyevi bütün Azərbaycan yaxşı tanıyır. Onun “beynəlxalq” praktikası hər kəsə bəllidir. Hacı adı altında nələrdən keçidiyi də gizli işlər deyil”.

Bəyənatın sonunda qeyd olunur ki, vaxtilə, bu ölkənin yetişdirdiyi Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlərin şərəfinə insanlar övladlarına Tofiq, Eldar adları verməkdən şərəf duyublar: “Hər halda əminik ki, bu gündən etibarən ölkəmizədə “Əfqan” adında artım olmayacaq. “Qarabağ” ölkə futbolunda başladığı inqilabı davam etditmək istəyir. Biz çevriliç etmirik. Bizim inqilabımız Azərbaycan futbolçusuna inam inqilabıdır. Amma təəssüflər olsun ki, azərbaycanlı adı altında gizlənən bəzi “ikiayaq”lılar göstərdi ki...

“Əfqan Həmzəyev”. Kaş ki, şərəf və ləyaqəti bazardan almaq mümkün olaydı... Hər halda, bu mümkün olmayaq. Su tökməklə quyu dolmaz... Edilən qarğışlar və təhqirlər isə sənə Ramazan hədiyyəsidir... Halal xoşun olsun”.
0