Ölkə kuboku: “Şahdağ” və “Bakılı” 1/8 finala yüksəldi
22.09.2009 - 16:55
Ölkə kuboku: “Şahdağ” və “Bakılı” 1/8 finala yüksəldi
Bu gün futbol üzrə XVIII Azərbaycan kubokunun 1/16 final mərhələsinin 2 cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Qusarda yerli “Şahdağ” “Anşad Petrol”la qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. İlk oyunda heç-heçə (1:1) qeydə alındığından, qusarlılar 1/8 finalda oynamaq hüququ qazanıblar.

Digər görüş Lökbatanda “Bakılı” ilə MKT “Araz” arasında baş tutub. Bu komandaların ilk qarşılaşmasında qalib müəyyənləşməmişdi - 1:1. Cavab matçında 3:2 hesablı qələbəyə sevinən bakılılar növbəti mərhələyə çıxıblar.

“Bakılı” növbəti mərhələdə “Bakı”, “Şahdağ” isə “Qarabağ”la qarşılaşacaq.

Qeyd edək ki, 1/16 mərhələsinin digər 2 cavab oyunu sabah baş tutacaq.

22 sentyabr (çərşənbə axşamı)

"Şahdağ" - "Anşad Petrol" - 3:2
Ş.Orduxanov adına Qusar şəhər stadionu
Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Coşqun Həsənov, Yuriy Sıqanov
(ilk oyun 1:1)


"Bakılı" - MKT "Araz" - 2:1
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Elçin Səmədli, Müslüm Mövludov, Aleksandr Musatkin, Əli Əliyev
(ilk oyun 3:1)

23 sentyabr (çərşənbə)

"Rəvan" - "Gəncə"
Buzovna qəsəbə stadionu
Hakimlər: Zöhrab Əliyev, Hüseyn İmanov, Vüsal Qənbərov, İnqilab Məmmədov
(ilk oyun 1:1)

"Neftçi İSM" - MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Əliyar Ağayev, Elşən Məmmədov, Qəzənfər Məmmədov, Alik Yunusov
(ilk oyun 1:2)

Bütün oyunlar saat 16:00-da başlanır.
0