“Bakı” “Standard”ı baş məşqçisiz qoya bilər
22.09.2009 - 17:04
“Bakı” “Standard”ı baş məşqçisiz qoya bilər
"Bakı" Azərbaycan Premyer Liqasının II turunun təxirə salınmış "Bakı"-"Standard" qarşılaşması ilə ilə cari mövsümdə üçüncü oyununa çıxacaq. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu kollektivlər indiyədək 4 dəfə qarşılaşıblar. 2007-2008-ci illər mövsümünün ilk oyunu 2007-ci ilin sentyabrında baş tutub və heç-heçə başa çatıb - 1:1. Həmin mövsümün cavab matçında (16 mart 2008) "Standard" minimal hesablı qələbə qazanıb - 1:0.

Ötən mövsüm (2008-2009) komandalar daha 2 dəfə qarşı-qarşıya gəliblər. Hər iki oyunda "Bakı" meydanı qalib kimi tərk edib. Birinci dövrə oyununda (18 oktyabr 2008) 2:0 hesablı qalibiyyət qeydə alınıb. İkinci dövrə qarşılaşması da (11 aprel 2009) da "Bakı"nın qələbəsi ilə tarixi düşüb 2:1.

Beləliklə, "Bakı" "Standard"a qarşı keçirdiyi 4 oyunun ikisində qalib gəlib, bir oyun bərabərliklə tamamlanıb, bir oyunda isə "Standard" qalib gəlib.
Topların nisbəti çempionun xeyrinədir: 5:3.

Qeyd edək ki, cari mövsümə uğursuz başlayan “Standard” keçirdiyi oyunların hamısında uduzub. Sabah “Bakı” ilə qarşılaşmada da bank təmsilçisi uduzacağı halda, baş məşqçi Valdas İvanauskas istefaya göndərilə bilər.
0