“Araz”, Marselino, Fernandes...
23.09.2009 - 10:53
“Araz”, Marselino, Fernandes...
Naxçıvanın “Araz” futzal klubunun UEFA kubokundakı oyunlarını idarə edəcək hakimlərini siyahısı açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 2009/10-cu il mövsümünə ikinci seçmə mərhələdən başlayacaq Azərbaycan çempionunun yer aldığı 5-ci qrupun matçlarında 4 hakim və 2 UEFA nümayəndəsi iş başında olacaq. İspaniyalı Marselino Blazques, ukraynalı Vyaçeslav Daraqan, portuqaliyalı Antonio Fernandes, latviyalı Kiaze Leladze Xorvatiyada keçiriləcək qarşılaşmalarda ədaləti qoruyacaq. Onların işinə və təşkilatı məsələlərə nəzarət isə Boroshak Silvo (Sloveniya) və Dias Pedroya (Portuqaliya) tapşırılıb.

Qeyd edək ki, 5-ci qrupda yer alan “Araz”in rəqibləri MNC Potpican (Xorvatiya), KMF Kolubara Lazaraveç (Serbiya) və Omoniya (Kipr) komandalarıdır. Qrup mərhələsinin oyunları oktyabrın 1-dən 4-dək Xorvatiyada keçiriləcək.
0