“Fənərbaxça” klubunun prezidenti azərbaycanlı futbolçulara söz verdi
23.09.2009 - 11:03
“Fənərbaxça” klubunun prezidenti azərbaycanlı futbolçulara söz verdi
Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım AFFA-nın “Akademiya” (U-15) komandasının üzvləri ilə görüşüb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, görüş zamanı klub rəhbəri qonaqları Ramazan bayramı münasibətilə təbrik edib. Komanda üzvləri ilə xatirə şəkli çəkdirən Yıdırım onların oyunlarını və məşqlərini şəxsən izləyəcəyini bildirib.

Qeyd edək ki, “Akademiya” iyulun 14-dən etibarən İstanbul təmsilçisinin bazasında təlim-məşq toplanışı keçirir.
0