Yunis Hüseynov islahatlara başlayır
23.09.2009 - 11:26
“Qarşıdakı görüşlərdə heyətimizdə dəyişiklər olacaq. Zəif oynayan futbolçular heyətdə yer almayacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Cari mövsümə uğursuz start götürən “Karvan” keçirdiyi 4 görüşün üçündə uduzub, birində qalib gəlib. Hesabat turunda Salyanda lider “Muğan”a yenilən (0:1) Hüseynov heyətlə bağlı islahatların vaxtının çatdığını düşünür: “Bu, “Muğan”a məğlubiyyətlə bağlı deyil. Həmin qarşılaşmada biz futbol oynadıq, ancaq rəqib qalib gəldi. Bəzi futbolçularımızın çıxışından narazı qaldığım üçün heyətdə dəyişiklik edəcəyəm”.
Baş məşqçi bildirib ki, sabit oynamayanları ağıllandırmaq lazımdır: “Konkret kimləri nəzərdə tutduğumu deyə bilmərəm. Hər halda, bunlar bir yox, bir neçə nəfərdir. Heyətimizdəki futbolçuların əksəri təcrübəlidir. Onlar işə necə yanaşmalı olduqlarını özləri başa düşməlidirlər. Zəif oynayanları əvəzedici heyətə göndərməyimiz də mümkündür”.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0