Berti Foqts: Süni örtüklü meydan bizim üçün bəhanə ola bilməz
23.09.2009 - 11:40
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dünya çempionatının oktyabrda keçiriləcək seçmə oyunları haqda fikrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 63 yaşlı alman mütəxəssis qrup mərhələsində həmvətənlərinin Rusiya ilə birinci yer uğrunda mübarizəsinə toxunub.
Foqts oktyabrın 10-da Moskvada keçiriləcək Rusiya – Almaniya matçında qonaqların qalib gəlməli olduğunu düşünür: “Oyunun süni örtüklü meydanda keçirilməsi bizim üçün bəhanə ola bilməz. Bu, əsas kimi qəbul olunmaz. Belə meydanlara uyğunlaşıb, Moskvada yaxşı nəticə qazanmaq lazımdır”.

0
0