Azərbaycan milli komandasına daha 3 futbolçu çağırıldı
23.09.2009 - 11:50
Azərbaycan yığmasına daha 3 futbolçu çağırılıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn və Rusiya yığmaları ilə rəsmi oyunlara hazırlıq prosesinə yarımmüdafiəçilər – Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) və Cavid İmamverdiyevi (“Karvan”) də dəvət edib.
Bu futbolçuların adları qarşıdakı oyunlar üçün ehtiyat siyahıda yer almışdı. Onların da hazırlığa cəlb olunması ilə Foqtsun sərəncamında 23 futbolçu olacaq. Alman mütəxəssis Zeynal və Rahiddən fərqli, Cavidə indiyədək milli komandada şans verməyib.
Qeyd edək ki, yığmamız sentyabrın 29-dan oktyabrın 6-dək Almaniyanın Frankfurt, oktyabrın 7-dən 10-dək İsveçrənin Senkt-Qallen şəhərində, oktyabrın 12-dən 14-dək isə Bakıda təlim-məşq toplanışı keçəcək.

0
0