Berti Foqts FİFA rəhbərliyini tənqid etdi
23.09.2009 - 12:16
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts FİFA rəhbərliyini tənqid edib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bu il sentyabrın 25-dən oktyabrın 16-dək Misirdə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının vaxtından narazılığını dilə gətirib: “Əsas yığmaların seçmə oyun keçirdiyi günlərdə dünya çempionatı keçirilir. FİFA-nın bu addımı anlaşılmazdır. Oyunçularını yığmanın düşərgəsinə buraxmaq istəməyən klubların mövqeyini yaxşı başa düşürəm. Futbolçuların özləri isə ikili hisslər keçirir. Bir tərəfdən dünya çempionatı kimi futbol bayramında oynamaq istəyi, digər tərəfdən isə klubdakı yerini itirmək qorxusu”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0