“Turan” bəyanat yaydı
23.09.2009 - 12:46
“Turan” bəyanat yaydı
“Turan” Futbol Klubunun rəhbərliyi bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, bəyanatda icraçı-direktor Tahir Süleymanov istefasına toxunulub.

Bildirilir ki, Süleymanov öz xahişi ilə tutduğu vəzifədən ayrılıb: “Bəzi Kütləvi İnformasiya Vasitələrində “Turan” PFK və Tahir Süleymanovla bağlı bəzi həqiqətəuyğun olmayan informasiyalar yayılıb. Bildirmək istəyirik ki, həmin informasiyaların hamısı yalnışdır. Belə ki, həqiqətən də Süleymanov öz istəyi ilə klubdan gedib. Konkret olaraq, Tahir bəyin Əmrah Çəliklə (“Qarabağ”ın icraçı-direktor – red) görə komandadan getməsi isə bağlı xəbər isə tamamilə səhvdir. Klub rəhbərliyi qısa müddətdə Tahir Süleymanovun icraçı-direktor vəzifəsində gördüyü işləri yüksək qiymətləndirmiş və ona təşəkkürünü bildirib”.

Bəyanatın sonunda qeyd olunur ki, “Turan” PFK bundan sonra da Tahir Süleymanovla əməkdaşlığını davam etdirəcək və Tovuzda futbolun inkişafı üçün bir peşəkar kimi onun köməyindən yararlanacaq. Klubun İcraçı direktoru vəzifəsi Sahib Ələsgərova həvalə olunub. Köməkçi vəzifəsi Oqtay Hümmətova verilib.
0