Penalti vurana 15 sutkalıq həbs cəzası
23.09.2009 - 13:00
Rusiya Premyer Liqasında “Saturn” – “Spartak” oyununda (2:1) kuryoz hadisənin iştirakçılarını 15 sutka həbs cəzası gözləyir. Apasport.az saytının məlumatına görə, həmin görüşün 52-ci dəqiqəsində gözlənilmədən meydana daxil olaraq penalti zərbəsini dəqiq yerinə yetirən və onun arxasınca qaçan azarkeş canını pul cəzası ilə də qurtara bilər. Bu, 500-1000 rubl məbləğində cərimə ola bilər. Bir anda məşhurlaşan azarkeşlərin şəxsiyyəti də müəyyənləşib. Bunlar Moskva şəhərinin sakinləri Nikolay Volkovla Andrey Dubrovindir. Onlar haqda “kiçik xuliqanlıq” maddəsi üzrə ölçü götürüləcək. Son qərar iki həftə ərzində müəyyənləşəcək. Məhkəmə oyunun keçirildiyi Ramenskoye, yaxud azarkeşlərin yaşadığı keçirilə bilər.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0