“Standard” ilk xalını qazanıb, “Turan”la yerini dəyişdi
23.09.2009 - 17:03
“Standard” ilk xalını qazanıb, “Turan”la yerini dəyişdi
Bu gün Azərbaycan Premyer Liqasında II turdan təxirə salınmış oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlərə bu görüşlərdə qol görmək nəsib olmayıb.

Qolsuz heç-heçələrlə əlamətdar olan oyunlardan sonra Sumqayıtın “Standard” klubu litvalı Valdas İvanauskasın rəhbərliyi altında ilk xalını qazanıb. Bununla da, Premyer Liqada xal qazanmayan komanda qalmadı.

Özü də “Standard” “Turan”la müqayisədə topların daha yaxşı fərqinə malik olduğu üçün sonuncu pilləni rəqibinə təhvil verib.

II turdan təxirə salınmış oyunlar
23 sentyabr


“Qarabağ” - “Qəbələ” - 0:0
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev, Hacıəli Ağayev
Görüşdə ilk sarı vərəqə qonaqların kapitanı Kənan Kərimova göstərilib. O, baş hakim Anar Salmanovun qərarına etiraz etdiyi üçün xəbərdarlıq alır.


“Bakı” – “Standard” - 0:0
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Ramiz Əsədov, Azad Ə.Hüseynov, Rauf Cabbarov

Komandalar 

1

“Muğan” 

4-0 

10 

2

"Neftçi"

4

3

0

1

5-3

9

3

"İnter"

4

2

1

1

4-3

7

4

"Simurq"

4

2

1

1

4-3

7

5

"Qarabağ"

4

2

1

1

3-2

7

6

"Xəzər-Lənkəran"

3

1

2

0

3-2

5

7

"Qəbələ"

4

1

2

1

4-6

5

8

"Bakı"

3

1

1

1

2-2

4

9

"Olimpik-Şüvəlan"

4

1

1

2

5-6

4

10

“Karvan” 

6-6 

11

"Standard"

4

0

1

3

1-4

1

12

"Turan"

4

0

1

3

2-6

1



Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 3.

Növbəti – VI turun oyunları sentyabrın 26-da və 27-də keçiriləcək: “İnter” – “Qəbələ”, “Bakı” (Bakı) – “Qarabağ”, “Karvan” – “Standard”, “Xəzər-Lənkəran” – Muğan”, Neftçi” – “Simurq”, “Olimpik-Şüvəlan” – “Turan”
0